Ağır qəza baş verib: Yaralılar var

   Ağır qəza baş verib:    Yaralılar var
  20 Aprel 2022    Oxunub:873
Salyanda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Hadisə köhnə Ələt-Astara magistralının şəhər “MTS” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Ramil Əhməd oğlu idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçmək istəyən Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Azad Habil oğlunu vurub. Hadisə zamanı sürücü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)


Teqlər:



Xəbər lenti