"Sarmatı" özümüzə təhlükə saymırıq" - Pentaqon

   "Sarmatı" özümüzə təhlükə saymırıq" -    Pentaqon
  21 Aprel 2022    Oxunub:618
Ukraynada davam edən müharibə fonunda Rusiyanın “Sarmat” qitələrarası ballistik raketini buraxması dünya gündəminə çevrilib. AzVision.az xəbər verir ki, artıq Pentaqon da ballistik raket sınağına reaksiya verib.
Rusiya "Sarmat" ballistik raketini sınaqdan keçirib
ABŞ Müdafiə Nazirliyinin məlum hadisə ilə bağlı açıqlamasında deyilir ki, Amerika raket buraxılışını ölkə və ya müttəfiqlər üçün təhlükə hesab etmir. Qeyd edilir ki, departament Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız təcavüzünə daha çox diqqət ayırır.

Xatırladaq ki, dünən Rusiya Müdafiə Nazirliyi yeni “Sarmat” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Raket Plesetsk kosmodromunda buraxılıb. "Sarmat"ın Strateji Raket Qüvvələrinin xidmətinə veriləcək. Qeyd edək ki, "Sarmat" Rusiyanın beşinci nəsil silos əsaslı strateji raket sistemidir və ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketə malikdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Raket   Pentaqon  



Xəbər lenti