Cümə və Qiyaslı məscidləri bərpa olunacaq
O bildirib ki, azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatda olmaqla 2600-dən çox tarix mədəniyyət abidələri var: "Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix mədəni abidələrdir. Onlardan bəziləri bərpa edilib.
Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa edilib. Həmçinin Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


