Rafael Cəbrayılovun qardaşı məhkəmə zalından həbs edildi

   Rafael Cəbrayılovun qardaşı məhkəmə zalından həbs edildi
  22 Aprel 2022    Oxunub:1063
Sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov yenidən həbs edilib.

Bakı Apellyasiya Məhkəməsində E.Cəbrayılov barəsində olan məhkəmə qərarından apellyasiya protestinə baxılıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar elan olunub.
Qərara əsasən, prokurorun verdiyi protest təmin olunub. Elşən Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib və o məhkəmə zalından həbs edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti