“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib

“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib
  22 Aprel 2022    Oxunub:918
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlərini keçirib.
AzVision.az xəbər verir ki, layihə çərçivəsində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi, “Fred Asif” Fondu, “İMZA” – Sosial İnkişafa Dəstək İctimai Birliyi, "İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi" İctimai Birliyi, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi və eləcə də Şəki şəhərində fəaliyyət göstərən "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin ofisləri ziyarət edilib.

“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.

Vüsal Quliyev nitqində “QHT ziyarətləri”nin davam edəcəyini və bu layihə çərçivəsində QHT-lərin fəaliyyəti ilə daha yaxından tanış olunacağını bildirib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin Agentliyin diqqət mərkəzində olacağını qeyd edib.

Görüşlər zamanı QHT sədrləri Şamil Ələkbərli, Ədalət Məhərrəmov, Xəyyam Əsgərov, Samir Adıgözəlov, Səkinə Babayeva və Möhübbəli Nağıyev öz fəaliyyətləri haqqında geniş məlumat veriblər.

AzVision.az



Teqlər:



Xəbər lenti