Ərdoğan Zelenski ilə telefon danışığı aparıb

   Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
  24 Aprel 2022    Oxunub:1089
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Ankaranın danışıqlar prosesinə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, R.T.Ərdoğan zəmanət məsələsinə müsbət münasibətlə yanaşdığını vurğulayıb.

Türkiyə lideri yaralıların və mülki əhalinin Mariupoldan çıxarılmasının təmin edilməsinin vacibliyini də qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti