Üç gün yağış yağacaq - XƏBƏRDARLIQ

 Üç gün yağış yağacaq -  XƏBƏRDARLIQ
  25 Aprel 2022    Oxunub:1966
Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.
Xidmətdən AzVision.az -a verilən xəbərə görə, bu gün əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

AzVision.az



Teqlər: Yağış  



Xəbər lenti