Əslində müxalifət daxilindən AXCP sədrinin xəyanətkar olması haqda bu cür açıq fikirlərin səsləndirilməsi artıq cəmiyyətdə adi hal kimi qəbul edilir. Çünki onların bir-birilərinin arxasınca danışmalarına alışmışıq. Bu düşərgədə o qədər köhnə problemlər, keçmişdə bir-birlərinə qazdıqları quyular var ki, bundan sonra nə qədər qucaqlaşsalar da, heç bir azərbaycanlı onların səmimiliyinə inanmayacaq. İndiki halda Tofiq Yaqublunun dedikləri isə kifayət qədər ciddi ittihamdır. Görəsən, bu ittihama səbəb nədir? Kərimli bütün keçmiş tərəfdaşları kimi Yaqublunu da pul məsələsində aldadıbmı?! Yoxsa Yaqublu onun başqa hansısa bağışlanmaz davranışı ilə üzləşib?!
|
| Tanınmış jurnalist: "AXCP Elçibəyi yenə təhqir etdi" |
Xatırladaq ki, bir neçə il öncə Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də Tofiq Yaqublunun bu gün dediklərini bəyan etmişdi. “Əli Kərimli deyəndə nədənsə "satqın" və "xəyanətkar" sözləri yada düşür. Diqqət etsəniz görərsiniz ki, bu insan siyasi fəaliyyəti boyunca hamını öz şəxsi və siyasi maraqlarına qurban verib, hətta dostlarına belə xəyanət edib”,- deyən Hürrü Əliyev xatırlatmışdı ki, “Yurd”un sədri hətta Elçibəyin AXCP qərargahındakı kabinetinə dinləyici qurğu da yerləşdirmişdi. O vurğulamışdı ki, Kərimlinin Elçibəy əleyhinə sifarişlə yazdırdığı əxlaqa, insanlığa sığmayan məqalələri də hamı xatırlayır. Bu çirkin kampaniyaya Elçibəy Türkiyədə ölüm yatağında olanda belə son verilmədi. Bunu heç kim unutmayıb: nə Elçibəyin ailəsi, nə də elçibəyçilər.
Maraqlı faktlar və ittihamlar deyildimi? Tofiq Yaqublunun bu gün dedikləri ilə də tam uzlaşır...
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, müxalifət daxilindəki bu oxşar problemləri elə səs yazısında Kərimli ilə bərabər adı hallanan Gültəkin Hacıbəyli də dəfələrlə üzə çıxarıb. Milli Şuraın təxminən bir il əvvəl videokonfrans formatında keçirilən iclasında Gültəkin Hacıbəyli REAL partiyasının sədri İlqar Məmmədovu lağlağı obyektinə çevirmişdi. Bununla da kifayətlənməyərək, Müsavat Partiyasını da REAL kimi rüsvayçı aqibətin gözlədiyini bildirmişdi.
Həqiqətən ortada müxalifət adına gülünc bir mənzərə yaranıb. Nəinki Kərimli, Yaqublu və ya Hacıbəyli bir-biri ilə yola getmir, sıravi üzvləri də sosial şəbəkələrdə bir-birlərini təhqir edirlər. Yəqin ki, bu səs yazısı da Kərimlinin trol sürüsü üçün yeni mövzu olacaq, AXCP sədrini Elçibəyin kürəyinə bıçaq sancan adamı qınamasını ənənəvi üsullarla - söyüşlərlə qarşılayacaqlar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


