Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə aksiyalar keçirilib. AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Gəncliyin səsi” hərəkatının üzvləri 15 ali təhsil müəssisəsində “Oyan, tələbə” adlı aksiya keçirib.
Baş nazir Nikol Paşinyanın və onun komandasının tərəfdarları isə İrəvanda parlament binasının qarşısında aksiya keçiriblər. Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə keçirilən aksiyada 11 nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, aprelin 25-də “Hayastan” blokunun parlament fraksiyasının təmsil etdiyi Ermənistan müxalifəti İrəvanda etiraz aksiyaları keçirməyə başlayıb. Ermənistanın paytaxtında yürüşlər və piketlər keçirilir. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində skuterlərdə bayraqlarla hərəkət edirlər.
AzVision.az