Bildirilir ki, Ermənistanın Lori rayonunun 33 yaşlı sakini aprelin 22-i səhər saat 4 radələrində Xankəndində qəribə bir oğurluq edib. O, Xankəndi şəhər qəbiristanlığından 151 ədəd gül çələngi oğurlayaraq, 109-nu yaxınlıqdakı bağda gizlədib. 42 çələngi isə güllərə ayıraraq söküb aparmağa cəhd edib. Məqsəd güllərin Ermənistanda satışını təşkil etmək olub.
Hadisəni törədən şəxs polisə aparılıb.
Tural Tağıyev
AzVision.az