SOCAR istiqrazlarına ikinci kupon ödənişi bayramdan sonra baş tutacaq
Qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.
Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.
İstiqrazların dövriyyəyə buraxıldığı ilk 3 ay ərzində onlarla 17 milyon dollarlıq təkrar bazar əməliyyatı aparılıb, 100-dən çox əqd bağlanılıb, istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilib, bu günə qədərki ən yüksək qiymət olan (1-ci SOCAR istiqrazları da daxil) 1 090 dollardan alqı–satqı əməliyyatları baş tutub. Bütün bunlar isə SOCAR-ın yeni İstiqrazlarına olan yüksək tələbatın davam etməsindən xəbər verir.
İstiqraz sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə düşür.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi bu il mayın 1-də baş tutacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


