"Peyvəndlərin hər mövsüm vurulması effektiv ola bilər" - ÜST

   "Peyvəndlərin hər mövsüm vurulması effektiv ola bilər" -    ÜST
  27 Aprel 2022    Oxunub:864
COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv bir həll olardı.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.

O bildirib ki, koronavirus əleyhinə peyvənd mövsümi olması ilə bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır, lakin pandemiya davam etdiyindən hələ bu barədə düşünülmür:

"Ümumilikdə bu gün üçün hadisələrin gedişi yaxşıdır. Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar".

ÜST rəsmisi qeyd edib ki, Azərbaycanda peyvəndlənmə göstəricisi olduqca yaxşıdır:"Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması isə təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır".

AzVision.az



Teqlər:



Xəbər lenti