"Azərsu"yun azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var

   "Azərsu"yun azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var
  27 Aprel 2022    Oxunub:986
"Azərsu" ASC- nin işğaldan azad olunmuş ərazilərdə 4 briqadası fasiləsiz xidmət göstərir. Bura Şuşa, Hadrut, Zəngilan, Kəlbəcər rayonları daxildir. Orada 24 saat fəaliyyət göstəririk".
AzVision.az xəbər verir ki, bunu "Azərsu" ASC- nin şöbə rəisi Anar Cəbrayıllı işğaldan azad olunmuş ərazilərin su təchizatı ilə bağlı danışarkən deyib. O bildirib ki, qurum hərbi obyektləri, sərhəd zastavalarını, yol tikintisi aparan, elektrik xətlərini çəkən, mina təhlükəsizliyi ilə məşğul olan insanların su təchizatını aparır.

" Bu ərazilərdə 200 - dən çox abonentimiz var. Sayğac quraşdırmışıq, müqavilə bağlamışıq, xidmət göstəririk.Ötən müddətdə bizim əsas işimiz Ağdam rayonunda olub.Şəhərin su mənbələrinin müəyyən olunması ilə bağlı kompleks işlər apardıq. İki ədədd qiymətləndirmə kəşfiyyat quyusu qazıldı. Artıq o quyularda suyun kefiyyəti tam uyğundur və mənbənin yeri müəyyən olunub. Həmin quyular imkan verdi ki, biz Ağdamda su təchizatını həmin yeraltı mənbələr və subartezian quyuların hesabına aparılması işlərini həyata keçirək. Mənbə müəyyən olunub, gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi , daxili şəbəkənin yaradılması işlərini həyata keçirəcəyik.

Ağdamın Xıdırlı kəndi istiqamətində subartezian quyusu qazdıq.O istiqamətdə bir anbar tikintisini davam etdiririk, su xəttləri çəkirik.Bizim obyektlərimiz var, onların su təminatı ilə bağlı işlər görürük".

Şöbə rəisi Şuşa magistral su kəmərinin 6 km- lik hissəsinin tamami ilə polad borularla tikilib istismara verildiyini deyib. "Son bir ilərzində Şuşada bütün fəsillərdə, aylarda qiymətləndirmə apardıq. Məlum oldu ki, Şuşa şəhərinin gələcək baş planına uyğun inkişaf edəcəyi təqdirdə ilin iki dövründə dekabr- yanvar və iyul- avqust aylarında su çatışmazlığı ola bilər. Qışda bulaqlarda su donur, yayda isə quraqlıq olur. Ona görə də işçi qrup yaradıldı və ilkin işçi layihə hazırlandı.

Daşaltı kəndindən yuxarı hissədə biz su anbarı yaradacağıq və onun sahilində bir nasos stansiyası yaradıb 2,6 km təzyiqli magistral su kəməri çəkəcəyik. Və Şuşa şəhərini 24 saat su ilə təmin edəcəyik. Laçındakı bütün hərbi obyektlərimizi su ilə təmin etmişik.

Füzuli şəhərində də yeraltı mənbələrdən istifadəyə qərar verilib. Bizim mühəndis axtarış işlərimiz davam etdirilir. Cəbrayılda da mənbə çox guman ki, yeraltı sular olacaq. Qubadlı, Laçın, Kəlbəcərdə isə yerüstü mənbələr daha çoxdur. Ən bol sulu ərazilərimiz Kəlbəcər və Laçındır. Kəlbəcərin baş planı hazır olduqdan sonra yerüstü mənbələrdən istifadə olunacaq. Ümumuiyyətlə, Qarabağda içməli su mənbələrimizlə bağlı heç bir problem yoxdur. Kefiyyət də standartlara tam uyğundur",- deyə A. Cəbrayıllı qeyd edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti