Dərmanların qiymətinə dəyişiklik olacaq

 Dərmanların qiymətinə dəyişiklik olacaq
  28 Aprel 2022    Oxunub:1572
“Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi üçün yeni dəyişikliklər olacaq”.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb: “Bu komissiyanın işi yekunlaşmaq üzrədir. Həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq. Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişikliklər olacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti