Prezident NATO Baş katibinin xüsusi nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı xahiş edib.
Görüşdə dövlətimizin başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlanıb. Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edilib.
Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


