"Yanğın ekoloji problem yaratmayıb" - FHN

   "Yanğın ekoloji problem yaratmayıb" -    FHN
  29 Aprel 2022    Oxunub:905
"Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Fövqəladə Hallar Nazirliyinin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cihazları ilə birgə araşdırma aparıb".
AzVision.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

"Havada heç bir ciddi zərər müşahidə olunmayıb", - nazir əlavə edib.

K.Heydərov yanğının baş verdiyi ərazidə közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti