Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Bu baxımdan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, dövlət orqanlarının fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi və cinayət törətmiş bütün şəxslərin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi vurğulanmışdır.
Müşavirədə həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən əhatəli antikorrupsiya tədris modulunun hazırlanması qərara alınıb.
Əməliyyat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planı” təsdiq edilib.
Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
AzVision.az
Teqlər: Prokurorluq







Vaxtında, Aydın, Lazımlı!


