Mərkəzi bankdan kredit faizləri ilə bağlı açıqlama: "Təkliflər hazırlayırıq"

   Mərkəzi bankdan kredit faizləri ilə bağlı açıqlama:    "Təkliflər hazırlayırıq"
  29 Aprel 2022    Oxunub:1280
Mərkəzi Bank tərəfindən pul siyasətinin gücləndirilməsi istiqamətində monitorinq, təhlil və təkliflər hazırlamaq fazasındayıq. Bu istiqamətdə atacağımız addım banklar arası bazarın canlandırılmasına təsir edəcək.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov deyib. O bildirib ki, bu, bank və müştəri arasında münasibətlərin, kreditləşmənin canlanmasına gətirib çıxardacaq.

"Mərkəzi bank pul siyasətində əsas məqsədi qiymətlər sabitliyidir. Bundan irəli gələrək iqtisadiyyatda faizlərin artıb-azalması siyasətini həyata keçirir. 2018-ci ildən başlayaraq uçot dərəcəsi 15 faizdən hazırkı dönəmə qədər 7,5 faizə qədər azalıb. Bu da imkan verir ki, kreditlərin faizləri həm fiziki, həm də hüquqi şəxslər üçün azalsın. Müvafiq dövrdə pulun kəmiyyəti 65 faiz artıb ki, bu da iqtisadiyyatın kreditləşməsinə imkan verir".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti