Havada toz dumanı müşahidə olunub

Havada toz dumanı müşahidə olunub
  29 Aprel 2022    Oxunub:1344
Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.
Bunu AzVision.az - a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur.

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.

AzVision.az


Teqlər:



Xəbər lenti