Gəncə terrorunda valideynlərini itirən Sevil nişanlandı - FOTO

   Gəncə terrorunda valideynlərini itirən Sevil nişanlandı -    FOTO
  04 May 2022    Oxunub:1279
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil Talış adlı oğlanla nişanlanıb. Qeyd olunub ki, nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.
Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.

AzVision.az



Teqlər: Gəncə  



Xəbər lenti