İtkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürülüb

   İtkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürülüb
  05 May 2022    Oxunub:776
2021-ci ildə Bəynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, BQXK-nın neytral vasitəçi qismində iştirak ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqların axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Həmçinin, 347 itkin ailəsinə psixoliji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti