Erməni əsilli saxlanılanlar ailələrinə zəng edib

   Erməni əsilli saxlanılanlar ailələrinə zəng edib
  05 May 2022    Oxunub:873
2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Qarabağ münaqişəsi nəticəsində saxlanan şəxslərə 94 başçəkmə həyata keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib.

Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilməmələri üçün 1760 telefon kartı verilib:

" Erməni əsilli saxlanılan şəxslər üçün bilavasitə zənglər, eləcə də məktub və video ismarışların ötürülməsi təşkil edilib".

Bildirilib ki, saxlanılan şəxslərə 2257 geyim əşyası, ayaqqabılar, 650 gigiyenik bağlama və 700 kitab verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti