90 minə yaxın şagird avtomatik olaraq I sinfə qəbul olunub

   90 minə yaxın şagird avtomatik olaraq I sinfə qəbul olunub
  05 May 2022    Oxunub:794
Dünəndən I siniflərə elektron şagird qəbuluna başlanılıb. Mayın 6-dan isə Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi başlayacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində heç bir prosedura ehtiyac yoxdur, birbaşa I sinfə qəbul olunurlar.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, artıq avtomatik olaraq həmin qruplarda təhsil alan 90 minə yaxın şagird I sinfə qəbul olunub:

"həmin şəxslər sadəcə mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər. Birbaşa I sinfə gedəcək şagirdlər isə şəxsi kabinet açaraq mayın 6-dan məktəb və siniflərini seçməlidirlər”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti