"BQXK-nın baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur"

   "BQXK-nın baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur"
  05 May 2022    Oxunub:818
"Münaqişə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, hazırda birinci Qarabağ Müharibəsi zamanı saxlanılan şəxs yoxdur: "2020-ci ildə baş verən münaqişə zəmində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir".

BQXK nümayəndəsi qeyd edib ki, həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-ci illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var: "Hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti