Sabah Əfv Komissiyasının növbəti iclası keçiriləcək

   Sabah Əfv Komissiyasının növbəti iclası keçiriləcək
  05 May 2022    Oxunub:799
Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə AzVision.az -a Komissiyanın üzvü Rəşad Məcid deyib. O bildirib ki, hər iclasda 100-dən artıq müraciətə baxılır.

“Sabahkı iclas sayca üçüncü olacaq. Toplantıda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq. 28 may tarixinə qədər 6-7 belə iclasın keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 28 may – Respublika Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı imzalaması gözlənilir.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti