Putin 9 mayda Ukrayna ərazilərinin ilhaqını elan edə bilər

   Putin 9 mayda Ukrayna ərazilərinin ilhaqını elan edə bilər
  05 May 2022    Oxunub:2057
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər.
AzVision.az rbc.ua-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə görə, indi Kremldə iki qruplarşma var. Onlardan biri Putinə deyir ki, mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazımdır.

“Bir qrup deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır.

İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün şansı qalmayacaq”, - o qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti