Bakı Nəqliyyat Agentliyi yeni formada fəaliyyətə başlayacaq

   Bakı Nəqliyyat Agentliyi yeni formada fəaliyyətə başlayacaq
  10 May 2022    Oxunub:732
Bakı Nəqliyyat Agentliyi artıq yeni formada fəaliyyətə başlayacaq.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də islahatlar gedir:

"Təbii ki, vaxt lazımdır. Artıq yeni qərar qəbul olunub. Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, - E.Əzizov deyib.

AzVision.az



Teqlər:



Xəbər lenti