"İntihar videoları məqsədli şəkildə yayılır" - Kamilə Əliyeva

 "İntihar videoları məqsədli şəkildə yayılır" -  Kamilə Əliyeva
  12 May 2022    Oxunub:1335
"Məktəblilərin intiharı məni daha çox narahat edir. Bu faktların artması çox acınacaqlı haldır. İntihar hallarının videolarının mətbuatda işıqlandırılmasının əleyhinəyəm".
AzVision.azxəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. O qeyd edib ki, sosial şəbəkələrdə intihar videolarının yayılması məqsədli edilir:

"Çünki kimsə əvvəlcədən bilmir ki, kim harada intihar edəcək. Xüsusi kameralardan intihar anı məqsədli şəkildə mətbuata ötürülür. Düşürəm ki, mediada intihar videolarının yayılması cinayətdir və uşaqların psixologiyasına mənfi təsir edir".

AzVision.az


Teqlər:



Xəbər lenti