Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu

   Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
  12 May 2022    Oxunub:796
Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: Atəşkəs  



Xəbər lenti