"Bu videolar müəllimləri gözdən salır" - Deputat

   "Bu videolar müəllimləri gözdən salır" -    Deputat
  12 May 2022    Oxunub:699
"Təhsillə bağlı ən öməmli məsələ müəllim nüfuzunun qorunmasıdır. Bir ara məktəblərdən videolar gəlirdi. Mediada işıqlandırılırdı, problemi göstərirdilər. Amma biz bu videoları davamlı verdikcə müəllimləri gözdən salırıq".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, belə videolar çoxaldıqca məktəblərdə şagirdlərin müəllimlərə qarşı sərtliyi artırdı:

"Bir ara hərə əlinə kamera götürüb məktəblərdə çəkiliş apardı və videoları yaydı. Nəticə etibarı ilə Təhsil Nazirliyinə hücum başladı. Təhsil Nazirliyi dövlətin bir qurumudur və bu hücumlarla bütün işləri kölgədə qoyub, bir məsələyə köklənməklə dövlətçiliyimizə ziyan vururuq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti