Qarabağ atları Londonda rəqs kompozisiyası göstərəcək

   Qarabağ atları Londonda    rəqs kompozisiyası    göstərəcək
  12 May 2022    Oxunub:1013
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda kral ailəsi üzvlərinin şərəfinə ənənəvi "Royal Windsor Horse Show" (Vindzor Kral Atçılıq Şousu) start götürəcək.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AzVision.az -a verilən məlumata görə, Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası II Yelizavetanın iştirakı ilə keçiriləcək şouya Azərbaycan təmsilçiləri də qatılacaq.

Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan təd­birdə Azərbaycan nümayəndələri "Odlar Yurdu” adlı xüsusi proqram təqdim edəcək.

Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilat­çı­lığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əmək­dar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 sü­varisi Qarabağ atları üzərində hərəkətləri nü­ma­yiş etdirəcək, əməkdar ar­tis­t, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansam­blı milli musiqinin sədaları altında rəqs kompozisiyası sərgiləyəcək.

Üç gün davam edəcək şouda Azər­bay­can nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub. Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı, Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri 2012-ci ildən bu şouya qatılır.



AzVision.az


Teqlər:



Xəbər lenti