Həccə gedənlərin nəzərinə: Peyvəndin bitməsinə 6 ay qalmalıdır

  Həccə gedənlərin nəzərinə:  Peyvəndin bitməsinə 6 ay qalmalıdır
  12 May 2022    Oxunub:1078
"Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslər ən azı iki doza peyvənd olunmalıdır. Onlardan COVID-19 pasportu tələb olunacaq".

Bu barədə AzVision.az - a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, peyvəndin bitmə vaxtına 6 ay qalmalıdır:
"Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə 4-5 ay qalacaqsa, o, gedə bilməyəcək.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil olub. Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti