Kərim Vəliyev qazaxıstanlı generalla görüşdü

Kərim Vəliyev qazaxıstanlı generalla görüşdü
  12 May 2022    Oxunub:791
Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi, general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı cinayətləri Dövlət Departamentinin hesabatında əks olunub. Qonaqları salamlayan general-polkovnik Kərim Vəliyev iki dövlətin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant Serik İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti