"Formula 1"ə görə bu yol bağlanacaq

   "Formula 1"ə görə bu yol bağlanacaq
  12 May 2022    Oxunub:1948
2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş edir. Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.

AzVision.az


Teqlər:



Xəbər lenti