Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. AzVision.az -ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyət müzakirə edilib. Söhbət zamanı Rusiya-Ukrayna danışıqlarının gedişinə əsaslı qiymət verilib
Mariupol şəhərindəki "Azovstal" zavodundan mülki şəxslərin təxliyəsini müzakirə edən tərəflər müxtəlif kanallar vasitəsilə Ukrayna ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.