Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidenti seçilib

   Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidenti seçilib
  14 May 2022    Oxunub:1233
Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Qeyd edək ki, BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

AzVision.az



Teqlər: BƏƏ  



Xəbər lenti