Ukrayna Ordusu İzyum istiqamətində əks-hücuma keçib

Ukrayna Ordusu İzyum istiqamətində əks-hücuma keçib
  14 May 2022    Oxunub:1134
Ukrayna qoşunları Xarkov vilayətinin İzyum istiqamətində əks hücuma keçib. AzVision.az xəbər verir ki, bunu Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov deyib.
- İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz orada əks-hücum əməliyyatına başlayıb. Düşmən bəzi ərazilərdə geri çəkilir. Bu, Silahlı Qüvvələrimizin göstərdiyi xarakterin nəticəsidir, - Snequbov deyib.

Qeyd edək ki, bundan öncə Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığında uğurlu əks-hücuma keçməsi barədə məlumat yayılmışdı. Qeyd edilirdi ki, əks-hücum nəticəsində ruslar məğlub duruma düşdükləri üçün mövqeləri tərk edərək Rusiya sərhədinə doğru hərəkət etməli olublar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti