Hərbi cani Muradyanın oğlu "Daşnak işi"nə görə həbs edildi

   Hərbi cani Muradyanın oğlu    "Daşnak işi"nə görə həbs edildi
  14 May 2022    Oxunub:1381
Daşnaksütyun partiyasının Gənclər Birliyinin üzvü Gevorq Muradyan həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə müxalif "Müqavimət" hərəkatının üzvü, daşnak deputat Geqam Manukyan sosial şəbəkədə məlumat yayıb.
"Daşnak işi" böyüyür: Qocaları döyən daha bir erməni saxlanıldı
O bildirib ki, Muradyanın özü onun müşayiəti ilə polis bölməsinə gedib.

Xatırladaq ki, mayın 8-də Gümrü şəhərinin girişində müxalifətin təşkil etdiyi mitinq zamanı bir neçə gənc maşınlardan düşərək dayanacaqda dayanan yaşlı insanları döymüşdü. Hücumun səbəbləri açıqlanmadı. Ancaq istintaq müəyyən etdi ki, hücuma məruz qalanlar 74, 56, 72 və 84 yaşlı ahıl insanlar olublar. Ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, Gevorq 1990-cı illərdə “Proşyan” dəstəsinin tərkibində Qarabağ müharibəsində iştirak etmiş Proşyan kəndinin keçmiş başçısı, hərbi cani Qraç Muradyanın oğludur. Qraç Muradyanın azərbaycanlılara qarşı qəddarlıqları ilə seçildiyi deyilir. Xatırladaq ki, bundan əvvəl Geqam Manukyanın oğlu Taron Manukyan da eyni iş üzrə həbs edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Daşnak  



Xəbər lenti