Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat

 Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat
  14 May 2022    Oxunub:1672
Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə paytaxtın icra başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib. Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Xatırladaq ki, keçmiş BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AzVision.az



Teqlər: BŞİH  



Xəbər lenti