Hikmət Hacıyev: "44 gündə hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq"

     Hikmət Hacıyev:   "44 gündə hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq"
  14 May 2022    Oxunub:1529
“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, birgə səyləri sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”
AzVision.az xəbər verir ki, bunu İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

İnformasiyanın ölkələr arasında rəqabətin, mübarizənin ən mühüm alətlərindən birinə çevrilməsi müasir dövr üçün bu sahədə əməkdaşlığın nə dərəcə vacib istiqamət olduğunu göstərdiyini vurğulayan H.Hacıyev bildirib ki, Azərbaycanın tarixi və əzəli torpaqlarının 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal müddətində, həmçinin Vətən müharibəsinin 44 günlük gedişatında bu reallıqların şahidi olduq.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki dağıntılarla bağlı obyektiv həqiqətlərin dünya mediasına daha səmərəli çatdırılması məqsədilə TDT-ya üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın media nümayəndəsinin iştirakı ilə 2021-ci il avqustun 30-dan sentyabrın 4-dək Azərbaycana xüsusi mediatur təşkil edildi. Mediatur çərçivəsində qonaqların Bakı ilə yanaşı Gəncəyə və işğaldan azad edilən ərazilərimizə, Şuşa, Cəbrayıl, Füzuli və Ağdama səfərləri təşkil olundu.

AzVision.az



Teqlər: Hikmət-Hacıyev  



Xəbər lenti