"168 təyyarə, 125 helikopter, 912 PUA vurmuşuq" - Rusiyalı general

   "168 təyyarə, 125 helikopter, 912 PUA vurmuşuq" -    Rusiyalı general
  17 May 2022    Oxunub:801
Rusiyanın Ukraynada apardığı müharibə zamanı Kiyevə məxsus 900-dən çox Pilotsuz Uçuş Aparatı(PUA) vurulub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinq zamanı məlumat verib.

- Xüsusi hərbi əməliyyat başlayandan indiyədək 168 təyyarə, 125 helikopter, 912 pilotsuz uçuş aparatı, 309 zenit-raket kompleksi, 3134 tank və digər zirehli döyüş texnikası, 385 reaktiv yaylım atəşi sistemi, 1542 səhra artilleriya qurğusu o cümlədən 2983 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti