Rusiya Gürcüstanla quru sərhədini açdı

Rusiya Gürcüstanla quru sərhədini açdı
  17 May 2022    Oxunub:1808
Rusiyadan Gürcüstana quru sərhədləri ilə getmək üçün artıq əsaslandırma tələb olunmur. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, əvvəllər Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədini- təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olmasını sübut etmək tələb olunurdu.

Bu cür məhdudiyyətlər isə bu və digər ölkələr üçün hökumətin 27 mart 2020-ci il tarixli qərarı ilə tətbiq edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti