İran qaçaqmalçılıqla yanacaq daşıyanları saxladı

İran qaçaqmalçılıqla yanacaq daşıyanları saxladı
  18 May 2022    Oxunub:891
İran hökuməti Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan xarici gəmini saxlayıb.
Bu barədə çərşənbə günü İRNA agentliyi Hormozqan əyalətinin baş hakiminə istinadən məlumat yayıb. Gəminin yeddi nəfərdən ibarət ekipajı həbs edilib. Gəmi 550 tondan çox dizel yanacağı daşıyırmış.

Gəminin hansı bayraq altında üzdüyü və ekipaj üzvlərinin milliyyəti göstərilməyib.

Məhkəmə araşdırmasına başlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti