Britaniyada rekord inflyasiya qeydə alındı

   Britaniyada    rekord inflyasiya    qeydə alındı
  18 May 2022    Oxunub:1328
Apreldə Böyük Britaniyada illik inflyasiya 1982-ci ilin martından bu yana rekord həddə çatıb - bir ay əvvəlki 7%-ə qarşı 9%.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosunun məlumatında deyilir. İstehlak qiymətləri martda 1,1% artdıqdan sonra apreldə 2,5% artıb. "DailyFX" portalının sorğusuna qatılan analitiklər illik inflyasiyanın 9,1%-ə qədər sürətlənəcəyini gözləyirdilər. Aylıq əsasda istehlak qiymətlərinin 2,6% artacağı gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti