Moldova neytrallığını qoruyacaq

   Moldova neytrallığını qoruyacaq
  18 May 2022    Oxunub:1032
Moldova neytral dövlət statusunu saxlamaq niyyətindədir və respublika ərazisində silahlı münaqişənin yayılması ehtimalını uzaq təhlükə hesab edir.
AzVision.az xəbər verir ki, bunu Moldovanın Baş naziri Natalya Qavrilitsa bildirib.

Onun sözlərinə görə, Moldovanın neytrallığı konstitusiyada təsbit olunub və əhalinin geniş dəstəyinə malikdir. Moldova Prezidentinin martın 3-də imzaladığı Avropa İttifaqına üzvlük ərizəsini şərh edən Qavrilitsa qeyd edib ki, bu, ölkə üçün simvolik, lakin çox vacib addımdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Moldova  



Xəbər lenti