"Bölgənin hər yerində sığınacaqların olmasına ehtiyac yoxdur" - Komitə sədri

   "Bölgənin hər yerində sığınacaqların olmasına ehtiyac yoxdur" -    Komitə sədri
  18 May 2022    Oxunub:1166
Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlər üçün mövcud olan sığınacaqların kifayət qədər deyil. Lakin bu o demək deyil ki, bölgənin hər yerində olmalıdır. Biz elə etməliyik ki, məsələlər sığınacağa düşənə qədər həll edilsin.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır:

"Bu əsas məsələdir. Eyni zamanda müəyyən sayda yeni sığınacaqların yaradılmasına ehtiyac var".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti