"Ailə strategiyasının yenidən qəbuluna ehtiyac var" - Deputat

   "Ailə strategiyasının yenidən qəbuluna ehtiyac var" -    Deputat
  18 May 2022    Oxunub:1248
"Dövlətin ailə strategiyasının yenidən qəbuluna ehtiyac var. Bu məsələyə fundamental baxılmalıdır".
AzVision.az xəbər verir ki bunu Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc "Azərbaycan ailə modelinin inkişaf strategiyası" konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, kənar mədəniyyətlərin Azərbaycana təşviq edilməsi dövlətə qarşı aparılan hücumların tərkib hissəsidir:

"Bu gün onlar bunu silahla deyil, başqa vasitələrlə həyata keçirilir. Prezident tədbirlərin birində xarici basqıların, təsir və təhdidlərinin, xüsusilə Qərb dəyərlərinin bizə təşviq edildiyini bildirmişdi. Natamam ailə modelini bu cür təşviq edirlər".

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti