Tacikistanda silahlı hücum - 1 ölü, 13 yaralı

  Tacikistanda silahlı hücum -    1 ölü, 13 yaralı
  18 May 2022    Oxunub:1332
Tacikistanın şərqində silahlı cinayətkar qrupun hücumu zamanı Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin bir zabiti həlak olub, 13 əsgər yaralanıb. Bu barədə RİA Novosti-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonunda silahlı cinayətkar qrupun Dövlət Komitəsinin karvanına hücumu zamanı MTN-nin 1 zabiti həlak olub, 13 əsgər yaralanıb”, - deyə bildirib.

Qeyd edilib ki, 200 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə bütün növ silahlardan istifadə edərək, Ruşan rayonunun mərkəzində üç nöqtədə Düşənbə-Kulma avtomobil yolunu və sərhəd komendantlığını bağlayıblar.

Vətəndaşların təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün hüquq-mühafizə orqanları antiterror əməliyyatına başlayıb. Nəticədə səkkiz silahsız yaraqlı və terrorçu qruplaşmanın 70-dən çox silahlı fəal üzvü saxlanılıb, 11 nəfər yaralanıb.

Mütəşəkkil cinayətkar qrupdan çoxlu sayda silah, sursat və “Molotov kokteyli” götürülüb, xüsusi əməliyyat zamanı mülki şəxslər xəsarət almayıb. Saxlanılan mütəşəkkil cinayətkar dəstə üzvləri barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda rayonda vəziyyət sakitdir, sosial infrastruktur və ictimai nəqliyyat normal fəaliyyətə başlayıb, rayon sakinləri yenidən gündəlik fəaliyyətlərinə başlayıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti