Milli Məclisin Şuşada keçiriləcək iclasının gündəliyi

   Milli Məclisin Şuşada keçiriləcək iclasının gündəliyi
  18 May 2022    Oxunub:1321
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb.
AzVision.az xəbər verir ki, mayın 21-də keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.

2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.

AzVision.az


Teqlər:



Xəbər lenti