USAİD köçkünlərlə bağlı layihə icra edəcək
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlərin doğma yurdlarına – işğaldan azad edilmiş ərazilərə qayıtması üçün şərait yaranıb. Hazırda ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışının, dayanıqlı məskunlaşmasının təmin olunması qarşıya qoyulan ən mühüm vəzifədir.
USAİD-in Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrab layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi inkişaf əsaslı birgə təşəbbüslərdə hökumət ilə səmərəli qarşılıqlı fəaliyyətin təşkili üçün vətəndaşların və vətəndaş qruplarının bilik və bacarıqlarını təkmilləşdirməkdir. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ərəfəsində layihə üzrə növbəti tədbirlər məcburi köçkünlərin iştirakı ilə keçiriləcək. Layihənin məlumat bazasını yeniləmək üçün məcburi köçkünlərin ehtiyacları təhlil olunacaq. Daha sonra məcburi köçkünlərin məşğulluğuna dəstək üçün dövlət qurumları və təşkilatlarla birgə təlimlər keçiriləcək.
Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibi kimi Dövlət Komitəsində mentorluq proqramına cəlb olunmuş Xamis Seyranov da iştirak edib.
AzVision.az
Teqlər: Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


